Üstünlüklərimiz


Şirkətimiz hazırladığı taxta evlərin uzunömürlü və izolyasiyalı olması üçün müəyyən metodlar tətbiq edir. Binanın çöl hissəsi müxtəfli hava şəraitinə dözümlü xüsusi materiallarla (lakla) örtülür.

Divar xüsusi materiallarla (İzobon və daş yunu) əhatə olunur. Çöl blok-hausun içəri hissəsi isə OSB adlanan materialla örtülür.




Taxta evlərdə ən çox rast gəlinən problemlərdən biri isə həşəratların olmasıdır. Taxtaya zərər verən həşəratlar meşədə əksər ağacların içində olurlar. Ağac kəsilərkən içinə yerləşən bu ziyanvericilər içəridə gizlənir və ömürlərinin sonunadək çoxalaraq yaşaya bilirlər. Lakin, keyfiyyətli formada işlənmiş, xüsusi kimyəvi maddələrin müşaiyəti ilə sobalarda yandırıldıqdan sonra bu həşəratlardan əsər-əlamət qalmır. Burada mühüm olan bu prosesin diqqətli və məsuliyyətli həyata keçirilməsidir. Şirkətimiz istifadə etdiyi bütün ağac materiallarını dərmanlayaraq sobalarda işlədikdən sonra inşaatda istifadə edir. Bu səbəbdən inşaatı həyata keçirilmiş layihələrimizdə ziyanverici həşəratların yaşamasına heç bir şərait qalmır.

Beləliklə, Qızılağac İnşaat şirkəti bütün standartlara cavab verən, ekolojik məhsullarla xəyallarınızda taxta ev layihələrini inşa etməyə hazırdır !

Niyə taxta evlər ?

img1

Füsunkar görünüş

Təbiətin bir parçası olan ağac öz təbii görünüşü ilə valeh edir

img1

Uzunömürlülük

Taxta evlər, düzgün və davamlı qulluq olunarsa 200 ilə qədər sağlam qala bilir

img1

Sağlam yaşam tərzi

Təbii material olması səbəbi ilə tərkibində kimyəvi maddələr mövcud deyil

img1

Enerjiyə qənaət

İzolyasiya özəlliyi ilə içəridəki temperaturu uzun müddət qoruyur

img1

Zəlzələyə davamlılıq

Ağac elastik material olduğuna görə zəlzələ dalğaları ilə eyni yöndə hərəkət edə bilir

img1

Hava sirkulyasiyası

Nəfəs alma özəlliyi sayəsində təbii hava sirkulyasiyası təmin edərək yüksək oksigen axını yaradır